Abituriyentlərin 40.2 faizi imtahandan “2” alıb

 Abituriyentlərin 40.2 faizi imtahandan “2” alıb
  09 Sentyabr 2020    Oxunub:6866
Ötən il abituriyentlərin 40.2 faizi imtahandan “2”, 20.4%-i “3”, 28.3%-i “4”, 11.1%-i isə “5” qiymət alıb.
Bu barədə Azvision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2018-cu ildə bu göstəricilər müvafiq olaraq 46.4%, 18.4%, 23.6%, 11.7% olub Göründüyü kimi, 2019-cu ildə “2” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi artıb, “5” qiymət alanların faizi isə nisbətən azalıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb.

Qəbul olanların 25.4%-ni “3”, 49.5%-ni “4”, 19.2%-ni isə “5” qiymət alanlar təşkil edib. 2018-ci ildə bu göstəricilər, uyğun olaraq 29.7%, 42.7%, 21.0% olub. V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (ötən ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) toplanılması mümkün olan maksimal bal 300-dür.

Qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 62.16%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 60-dan az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin çoxunun (62.16%) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən 100 və daha yuxarı bal intervallarında olub (57.76%).

2019-cu ildə Ağsu, Göygöl, Samux, Sabirabad, Kürdəmir, Saatlı, Ucar, Şabran, Goranboy, Astara, Ağdaş, Daşkəsən və Şamaxı rayonlarının ötənilki məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.

Aytən Zəhra
Azvision.az


Teqlər: Abituriyent  





Xəbər lenti