Naxçıvanda 60 gənc məktəblərdə işlə təmin olunub

Naxçıvanda 60 gənc məktəblərdə işlə təmin olunub
  09 Sentyabr 2020    Oxunub:2500
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov yeni fəaliyyətə başlayan gəncləri təbrik edib, onlara yeni vəzifələrində uğurlar arzulayıb.

Tədbirdə təhsil nazirinin müavini Heyran Əhmədova yeni işə təyin olunan kadrlara əmək funksiyaları ilə bağlı ümumi məlumat verib. Bildirib ki, alman dili ixtisası üzrə 20 vakant yerə namizədlərdən 5-i,120 vakant vəzifə üzrə isə ən yüksək nəticə göstərən namizədlərdən 16-sı kitabxana müdiri,8-i kitabxanaçı, 9-u psixoloq,8-i laborant,1-i tərbiyəçi, 13-ü Uşaq Birliyi Təşkilatının rəhbəri olmaqla 60 nəfər işə qəbul olunub.

Tədbirdə yeni işə təyin edilən gənc kadrlara Təhsil Nazirliyi tərəfindən təlimat materialları verilib. Sonda isə gənc kadrlara ümumtəhsil müəssisələrində üzərlərinə düşən vəzifələrlə bağlı seminar keçirilib.

Azvision.az


Teqlər: Təhsil   Naxçıvan  





Xəbər lenti