“Tətil vaxtı” başa çatdı

“Tətil vaxtı” başa çatdı
  08 Sentyabr 2020    Oxunub:3945
Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəniyyət” telekanalında yayımlanan “Tətil vaxtı” verilişinin sonuncu buraxılışı təqdim edilib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, məktəblilərin yay tətili dövründə iyun ayının ortalarından başlayaraq efirə gedən proqram bu gün yekunlaşıb.

Veriliş koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə elan edilmiş karantin rejimi ilə əlaqədar məktəblilərin yay tətili dövründə ev şəraitində asudə vaxtlarının səmərəli keçirilməsinə nail olunmasını, onların fiziki hazırlığı və yaradıcılıq imkanlarının inkişaf etdirilməsini təmin etmək məqsədilə yayımlanıb. Bu vaxta kimi proqramda məktəbdənkənar təhsil müəssisələrinin məşqçi-müəllim və dərnək rəhbərlərinin iştirakı ilə məktəblilərin fiziki sağlamlıqlarının təmin edilməsi üçün idman məşqləri, yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün rəqs, rəsm, bacarıqlı əllər, bədii qiraət, ifa, biçmə-tikmə və sair sahələr üzrə dərslər təqdim edilib.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti