Azərbaycanda hansı fənlərin müəllimlərinə ehtiyac var?

Azərbaycanda hansı fənlərin müəllimlərinə ehtiyac var?
  08 Sentyabr 2020    Oxunub:4183
Bu il üçün müəllimlərin işə qəbulunda vakant yerlər daha çox musiqi, təsviri incəsənət, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrədir.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, tarix, coğrafiya, xarici dillərdən isə fransız dili üzrə vakant yerlərinin sayı azdır.

“Ümumilikdə, qaydalara əsasən, keçid balları hər bir fənn üzrə vakant yerlərin sayından və namizədlərin nəticəsindən asılıdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Müəllim  





Xəbər lenti