Nazilik: Bu il kadr problemi olmayacaq

 Nazilik: Bu il kadr problemi olmayacaq
  08 Sentyabr 2020    Oxunub:4901
Müəllimlərin işə qəbulu zamanı elektron qaydada vakant yerləri tutan namizədlər ilk növbədə məktəblərdə müddətli əsaslarla işə qəbul olunacaq.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib. Onun sözlərinə görə, müsabiqənin sonuncu müsahibə mərhələsi ilin sonuna qədər davam edəcək.

“Müsahibədən keçənlər müddətsiz əsaslarla işə qəbul olunacaq. Keçə bilməyənlər isə sənədlərini toplayıb, gələn il müsabiqədə iştirak edəcəklər”.

E.Bağırov qeyd edib ki, bu prosesdə hər hansı sıxıntı yoxdur: “Düzdür, keçən il müəllimlərin işə qəbulu zamanı müsahibə mərhələsi bu dövrdə bitirdi. Amma bu il mövcud vəziyyətlə əlaqədar gecikmə oldu. Lakin bu il pedoqoji kadrla təminat məsələsində problem olmayacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Müəllim  





Xəbər lenti