Təhsil Nazirliyində vətəndaş qəbulu sentyabrın 30-dək dayandırıldı

Təhsil Nazirliyində vətəndaş qəbulu sentyabrın 30-dək dayandırıldı
  07 Sentyabr 2020    Oxunub:3601
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq.

Vətəndaşlar həmçinin Nazirliyin rəsmi [email protected] elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik   Vətəndaş   Qəbul  





Xəbər lenti