Gələn ilin təhsil xərcləri məlum oldu

Gələn ilin təhsil xərcləri məlum oldu
  03 Sentyabr 2020    Oxunub:2267
2021-ci ildə təhsil xərcləri üçün 3 milyon manatdan çox maliyyə vəsaiti nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada bildirilib.

Qeyd edilib ki, büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və s.) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsilalanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 197,0 milyon manat maliyyə vəsaiti nəzərdə tutulub.

Azvision.az



Teqlər: Büdcə   Təhsil  





Xəbər lenti