Apelyasiya müraciəti etmiş 96 nəfərdən 42-si uğur qazandı

Apelyasiya müraciəti etmiş 96 nəfərdən 42-si uğur qazandı
  01 Sentyabr 2020    Oxunub:3732
Dövlət ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan və ötən müsahibələr zamanı uğur qazanmayan namizədlərin apelyasiya müraciətinin nəticələri məlum olub.
Bu barədə Azvision.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nəticələrə əsasən, apelyasiya müraciəti etmiş 96 namizəddən 42 nəfər uğur qazanıb. Bu barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsahibələrdə iştirak edərək uğur qazanan namizədlər müddətli müqavilə ilə çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıblar.

Azvision.az


Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti