Məktəbəqəbul saytındakı problem aradan qaldırıldı

Məktəbəqəbul saytındakı problem aradan qaldırıldı
  20 Avqust 2020    Oxunub:3201
Məktəbəqəbul saytına çoxsaylı müraciətlər edildiyindən bir müddət (ilk yarım saat ərzində) emal prosesi daha aşağı sürətlə olub.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, problem aradan qaldırılıb: "Bu cür texniki yüklənmələr dünyanın hər bir yerində və istənilən sistemdə yarana bilər. Hazırda qeydiyyat tam axarında aparılır".

Azvision.az


Teqlər: Məktəbəqəbul   Sayt  





Xəbər lenti