Müəllimlərin işə qəbul imtahanları davam edir

Müəllimlərin işə qəbul imtahanları davam edir
  20 Avqust 2020    Oxunub:2471
Avqustun 20-də Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 2282 namizədin iştirakı nəzərdə tutulub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Azvision.az


Teqlər: İmtahan  





Xəbər lenti