Onlar imtahanda maksimum bal topladılar

Onlar imtahanda maksimum bal topladılar
  19 Avqust 2020    Oxunub:4132
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin daha 2 məzunu buraxılış imtahanlarında maksimum nəticə əldə edib.
Bu barədə Azvision.az -a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, iyulun 29-u və 30-u keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 276 nömrəli tam orta məktəbin məzunu Kərimli Əziz İlham oğlu və 297 nömrəli tam orta məktəbin məzunu Nuri Nahid Natiq oğlu 300 bal toplayıblar.

Xatırldaq ki, buraxılış (qəbul) imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Azvision.az


Teqlər: İmtahan   Bakı   Məktəb   Təhsil  





Xəbər lenti