Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?

Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
  18 Avqust 2020    Oxunub:3656
Məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-ci il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, ərizələrin onlayn qeydiyyatı avqustun 18-dən, məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqustun 20-dən başlanılır və proses sentyabrın 14-də yekunlaşır.

Məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.

Bəzi hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər. İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.

Xatırladaq ki, avqustun 18-dən dövlət ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib.

Azvision.az


Teqlər: Məktəb  





Xəbər lenti