Dövlət qulluğu üzrə müsahibədə 109 nəfər uğur qazandı

Dövlət qulluğu üzrə müsahibədə 109 nəfər uğur qazandı
  13 Avqust 2020    Oxunub:2912
Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Azvision.az DİM-ə istinadən xəbər verir ki, müsahibədə indiyədək 109 nəfər uğur qazanıb. Onlardan 29-u Dövlət Statistika Komitəsində, 24-ü Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhər Səbail Rayon Məhkəməsində, 3-ü Abşeron Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

Azvision.az


Teqlər: DİM   Müsahibə  





Xəbər lenti