XİN Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyini açıqladı

  07 Avqust 2020    Oxunub : 2573
XİN Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyini açıqladı
Azərbaycan və Gürcüstan bir-birinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığını dəstəkləyən strateji tərəfdaşlıqdan bəhrələnir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində paylaşım edilib.

“Azərbaycan Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin beynəlxalq hüquq normaları və prinsipləri əsasında razılaşdırılmış formatda sülh yolu ilə həllinə tərəfdardır”, - deyə XİN bəyan edib.

Xatırladaq ki, 12 il əvvəl, 2008-ci ilin avqustunda Rusiya Gürcüstana qarşı hərbi əməliyyatlar həyata keçirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: XİN   Gürcüstan