İyul ayının pensiya ödənişləri başa çatdırıldı

  16 İyul 2020    Oxunub : 2653
İyul ayının pensiya ödənişləri başa çatdırıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə iyul ayının bütün pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə iyul ayının pensiyaları ödənilib.

Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb. Onlar istənilən bankın bankomatlarından öz pensiyalarını qəbul edə bilər, bu zaman hər hansı faiz tutulmur.

Azvision.az

Teqlər: ƏƏSMN   Pensiya