220 maşın karantin postlarından geri qaytarıldı

  13 İyul 2020    Oxunub : 3020
220 maşın karantin postlarından geri qaytarıldı
İyulun 12-də karantin postlarından 200-dən çox avtomobil geri qaytarılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Azvision.az -a bildirilib ki, 12.07.2020-ci il saat 00:00-dan 13.07.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 25-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 65, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 10-u rayon, 45-i paytaxt istiqamətinə olmaqla 55, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 55-i rayon, 45-i paytaxt istiqamətinə olmaqla 100 avtomobil geri qaytarılıb.

Ümumilikdə 220 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az

Teqlər: DYP