Yevlaxda karantinii pozan idman zalı aşkarlandı

  13 İyul 2020    Oxunub : 2011
Yevlaxda karantinii pozan idman zalı aşkarlandı
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Azvision.az -a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 8 nəfərin idman zalında toplaşaraq əlbəyaxa idman növləri üzrə məşq etdikləri müəyyən edilib.

Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Azvision.az

Teqlər: DİN