Prokurorluq Ucardakı qətllə bağlı məlumat yayıb

Prokurorluq Ucardakı qətllə bağlı məlumat yayıb
  13 İyul 2020    Oxunub:2326
İyulun 10-da saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə əlaqədar Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ucar rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Azvision.az



Teqlər: DİN  





Xəbər lenti