Kürdəmirdə oğlunu öldürən ata tutuldu

   Kürdəmirdə oğlunu öldürən ata tutuldu
  13 İyul 2020    Oxunub:2154
İyulun 12-i saat 08 radələrində Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində 1985-ci il təvəllüdlü Elkən Şəmizadənin odlu silahla qətlə yetirilməsi barədə məlumat daxil olub.
Kürdəmir rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin atası, onunla eyni ünvanda yaşayan 1959-cu il təvəllüdlü Məzahir Şəmiyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Məzahir Şəmiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Azvision.az



Teqlər: Kürdəmir   Prokurorluq  





Xəbər lenti