Gömrükdə gizlədilən dərmanlar aşkarlandı

Gömrükdə gizlədilən dərmanlar aşkarlandı
  13 İyul 2020    Oxunub:2308
Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının “Mercedes Benz Actros” markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin kabinasında, yataq yerinin altındakı boşluqda gömrük nəzarətinə bəyan edilməyən 592 ədəd həb, 60 ədəd kapsul, 28 flakon müxtəlif adda dərman preparatı, eləcə də 200 ədəd iynə-qələm başlığı, 100 ədəd test çubuğu, 24 ədəd şpris-qələm aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük  





Xəbər lenti