6472 obyektdə sanitar-epidemioloji tələblər pozulub

  11 İyul 2020    Oxunub : 4438
6472 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ticarət və xidmət obyektlərində nəzarət tədbirləri davam edir.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə iyulun 10-da keçirilən monitorinqlərdə Yasamal rayonunda “Uğur market”də, “City market”də, “Ukrayna məhsulları” mağazalarında, “İstanbul dönər”də, Səbail rayonunda “Asian Street Food” ictimai-iaşə obyektində, "Dokta" MMC-yə məxsus aptekdə, Natiq Kələntərova məxsus “Min bir xırdavat” mağazasında, Nizami rayonunda “Nağıl market”də, “Hermes market”də, “Oba market”də, Əbülfət Səfərova məxsus ərzaq mağazasında, Sabunçu rayonunda “Lyüks tikinti materialları mağazası”nda, “Real inşaat mağaza”da, “24 saat market”də, “Seyid ərzaq mağazası”nda, Nərimanov rayonunda Elnur Səlimova məxsus ərzaq mağazasında, Arif Həsənova məxsus “Şərab evi”ndə, Xətai rayonunda "Magic Powder" MMC-yə məxsus mağazada, Suraxanı rayonunda İsmayıl Cabbarlıya və Təranə İbrahimovaya məxsus ərzaq mağazalarında, Binəqədi rayonunda Sehran Qasımova məxsus telefon mağazasında, Mirəsgər Mehdizadəyə məxsus aptekdə, Qaradağ rayonunda Mirheydər Həsənova və Səbirə Nəcəfovaya məxsus mağazalarda, Xəzər rayonunda “Araz market”də, “Oba market”də, “Everest market”də, Nəsimi rayonunda “İstanbul Mall”da, Sirac Əhmədova məxsus telefon mağazasında, Ağsu rayonunda Müşfiq Ədilova və Kifayət Qədimovaya məxsus geyim mağazalarında, “Kafe Amir”də, Lənkəran rayonunda Ruslan Mirzəyevə məxsus “İnşaat malları mağazası”nda, Amil Nuriyevə və Müşfiq Qasımova məxsus mağazalarda, Balakən rayonunda “Damla uşaq geyimləri mağazası”nda, Füzuli rayonunda Coşqun Əsədova məxsus “Min bir xırdavat” mağazasında, Tuğay Bayramova məxsus ictimai-iaşə obyektində, Yevlax rayonunda “Halal market”də, “Aptek Zeytun”da, Qusar rayonunda "Antalya”, "555 Elektroniks" mağazalarında, "Estetik" gözəllik salonunda, ümumilikdə monitorinq aparılmış 631 obyektin 213-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırıblar və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.

İyulun 10-da nəzarət tədbirləri keçirilmiş obyektlərin 94-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergi ödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.

Qeyd edək ki, mayın 22-dən iyulun 11-dək monitorinq aparılmış 14 min 262 sahibkarlıq subyektindən 6472-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Monitorinqlər davam edir.

Azvision.az

Teqlər: Nazirlik