Keçmiş məhkumdan silah və narkotik götürüldü

Keçmiş məhkumdan silah və narkotik götürüldü
  11 İyul 2020    Oxunub:3610
Ağcabədi rayon sakinində narkotik vasitə və silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aran kənd sakini, əvvəllər məhkum olunmuş A.Cabbarovdan 2,40 qram marixuana götürülüb.

A.Cabbarovun evinə baxış zamanı 1 ədəd qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng, habelə həyətyanı sahədən 15 kq marixuana aşkarlanıb götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti