Neftin qiyməti bahalaşıb

  11 İyul 2020    Oxunub : 3049
Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,89 dollar artaraq 43,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,93 dollar bahalaşaraq 40,55 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,55 dollar artaraq 44,17 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   Birja