Bu yollarda xətlənmə işləri aparılacaq

  10 İyul 2020    Oxunub : 3075
Bu yollarda xətlənmə işləri aparılacaq
İyulun 10-u axşam saat 22:00-dan səhər saat 06:00-dək paytaxtın Şıxəli Qurbanov küçəsi və Tbilisi prospektinin hər iki istiqamətində üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.
Bu barədə Azvision.az -a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Azvision.az

Teqlər: Yol