Maştağadakı tarixi hamam nəzarətə götürülüb

  10 İyul 2020    Oxunub : 2860
Maştağadakı tarixi hamam nəzarətə götürülüb
Hamamın olduğu əraziyə zibil tökülməməsi ilə bağlı sakinlərə dəfələrlə xəbərdarlıq olunub, onlarla maarifləndirici söhbətlər də aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, tarixi abidə əvvəllər də bir neçə dəfə zibildən təmizlənib, ətrafda yaşayan insanlara məlumat verilib:

"Buna baxmayaraq, yenə də zibil tökürlər. Vətəndaşlar yaxınlıqda zibil qutularının olmamasından şikayət edirlər. Yaxınlıqda zibil qutularının qoyulması üçün İcra Hakimiyyətinə də, bələdiyyə də müraciət olunub. Məsələ ilə bağlı hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tarixi abidənin yerləşdiyi ərazidədir. Bələdiyyə və icra nümayəndəsi də əraziyə dəvət olunub. Artıq hamamın təmizlənməsi işlərinə başlanılıb. Günün sonunadək yaxınlığda zibil yeşikləri də qoyulacaq.
Həmçinin abidənin bərpa olunması məsələsi də gündəmdədir", - deyə məlumatda vurğulanıb.









Azvision.az

Teqlər: Bakı   Tarix   Hamam