Göygöldə kafelərdə yeyib-içənlər cərimələndi

Göygöldə kafelərdə yeyib-içənlər cərimələndi
  10 İyul 2020    Oxunub:3217
Göygöldə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb ki, RPŞ-nin əməkdaşları dərhal qanunamüvafiq tədbirlər görüb. Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb. Belə ki, xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisindəki kafe və restoranların müştərilərə yerində xidmət göstərməsinin qadağan olunmasına baxmayaraq, rayonun Yalqışlaq kəndində yerləşən iaşə müəssisələrinin fəaliyyət göstərməsi aşkarlanıb.

Polis əməkdaşları dərhal həmin obyektlərin fəaliyyətini dayandırıb, sahibləri və müştərilə barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.





Azvision.az



Teqlər: Göygöl   Cərimə   İstirahət  





Xəbər lenti