Ötən günün cinayət statistikası

Ötən günün cinayət statistikası
  10 İyul 2020    Oxunub:2981
Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti