Göygöldə taxta sexi yandı

  10 İyul 2020    Oxunub : 1695
Göygöldə taxta sexi yandı
Göygöl rayonunda ümumi sahəsi 2000 m² olan taxta sexinin yanar konstruksiyaları 1000 m² sahədə və içərisində olan taxta yonqar yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:25-də məhdudlaşdırılıb. Yanğınsöndürmə işləri davam etdirilir.

Hal-hazırda soyutma işləri və digər zəruri tədbirlər həyata keçirilir.

Azvision.az

Teqlər: Göygöl   Yanğın