Soyğunçuluq edən keçmiş məhkum tutuldu

  10 İyul 2020    Oxunub : 1572
Soyğunçuluq edən keçmiş məhkum tutuldu
Bakıda qadına qarşı soyğunçuluq edilib.
Azvision.az -ın məlumatına görə, iyunun 29-da Yasamal rayonu Ş. Mehdiyev küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 290 manat əl çantasını soyğunçuluq yolu ilə talayıb qaçarkən Post Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Onun əvvəllər soyğunçuluğa görə məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Aslanov olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Soyğunçuluq