Abşeronda istirahət mərkəzində yanğın

  10 İyul 2020    Oxunub : 1974
Abşeronda istirahət mərkəzində yanğın
Abşeron rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan mətbəxdə 1 ədəd pəncərə çərçivəsi və soyuducu yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Mətbəxin qalan hissəsi və istirahət mərkəzi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın