Sabunçuda 4 otaqlı ev yanıb

  09 İyul 2020    Oxunub : 2180
Sabunçuda 4 otaqlı ev yanıb
Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 15 m² sahədə yanıb.

Yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 20 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın