Azərbaycan qaz hasilatını artırıb

  09 İyul 2020    Oxunub : 1319
Azərbaycan qaz hasilatını artırıb
Bu ilin ilk yarısında Azərbaycanda ötən ilin müvafiq dövrünə nisbətən 11%-dən çox, yəni 2 mlrd. kubmetrə yaxın artımla 19,3 mlrd. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qaz hasilatının 6,3 mlrd. kubmetri "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarından, 9,4 mlrd. kubmetri isə "Şahdəniz" qaz-kondensat yatağından əldə edilib.

SOCAR üzrə bu dövrdə 3,6 mlrd. kubmetr qaz hasil olunub.

Azvision.az

Teqlər: Energetika   Qaz