Nazirlik 6 ayda 324 min e-arayış verib

Nazirlik 6 ayda 324 min e-arayış verib
  08 İyul 2020    Oxunub:2940
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 15 növ e-arayış xidməti əhalinin istifadəsindədir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında həmin xidmətlər vasitəsilə vətəndaşlara 324 min e-arayış verilib. E-arayışlar iş yerinə, əlilliyə, müavinət, pensiya, təqaüdlə, sosial yardımla təmin edilmə, fərdi uçot sistemində qeydiyyata alınma və s. barədə olub.

Ötən il Nazirlik tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb. 2020-ci ildə daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti