KOBİA sahibkarlara müraciət edib

KOBİA sahibkarlara müraciət edib
  07 İyul 2020    Oxunub:3062
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB dostlarının xidmətlərindən istifadə etmək istəyən sahibkarlara müraciət edib.
KOBİA-dan Azvision.az -a bildirilib ki, müvafiq rayon və şəhərlərdə fəaliyyət göstərən KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı dəstək və xidmətlər, o cümlədən pandemiyadan zərərçəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə KOB dostlarına onlayn müraciət edə bilərlər. Sahibkarlar KOB dostlarının əlaqə vasitələri ilə bu keçiddən tanış ola bilərlər - https://smb.gov.az/nav/kob-dostu.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli Qərarına uyğun olaraq, sərt karantin rejiminin tətbiq edildiyi bölgələrin sırasına Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları da daxil edilib. Bu rayonlarda, həmçinin daha əvvəl sərt karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək karantin rejimi uzadılıb. Bu şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostları iyulun 20-dək mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsafədən, onlayn xidmətlər göstərəcək.

Azvision.az



Teqlər: KOBİA  





Xəbər lenti