Ata və oğul qəzaya düşdü, ölən var

Ata və oğul qəzaya düşdü, ölən var
  04 İyul 2020    Oxunub:3932
Hacıqabul rayonunun Qubalı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyulun 3-də saat 17 radələrində Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov xəstəxanaya yerləşdirilib. Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti