Masallıda evə basqın edən maskalılar saxlanıldı

  04 İyul 2020    Oxunub : 3865
Masallıda evə basqın edən maskalılar saxlanıldı
Masallıda mənzilə basqın edən maskalı şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Masallı RPŞ və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 29-da Masallı rayonunun İsi kənd sakini F.Əhədovun yaşadığı evə girib yumruqla ev sahibinin sifət nahiyəsinə xəsarət yetirərək 1500 manat pulunu almaqda şübhəli bilinən Lənkəran rayon sakinləri E.Cəfərli, əvvəllər məhkum olunmuşlar E.Məmmədzadə və R.İbadov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN