Oğru qadın tutuldu - Əvvəllər də məhkum olub

  04 İyul 2020    Oxunub : 4142
Oğru qadın tutuldu -  Əvvəllər də məhkum olub
Qazaxda mağazadan 2500 manatlıq oğurluq edən qadın tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki mağazaların birindən 2500 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş İ.Qasımova saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN