Bakıda “ad günü” keçirənlər cərimələndi - VİDEO

  04 İyul 2020    Oxunub : 4390
Bakıda “ad günü” keçirənlər cərimələndi -  VİDEO
Paytaxtın Səbail rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozaraq “ad günü” keçirən şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.
Azvision.az -ın məlumatına görə, Səbail RPİ Post Patrul Xidməti və 9-cu PB əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun T.Elçin və H.Seyidbəyli küçələrinin kəsişməsində yerləşən bağda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozaraq məclis təşkil edən şəxslər saxlanılıblar.



Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onların hər biri 200 manat cərimə olunub.

Azvision.az

Teqlər: DİN   Karantin