Azvision.az DİN-ə istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağalarovun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan üzərində istifadə müddəti başa çatmış və istehsal tarixi silinmiş 2640 ədəd limonad, habelə 80 kiloqram makaron, limonad şüşələrinin üzərinə istehsal tarixi və son istifadə müddəti yazan xüsusi aparat və sellofan torba tikən avadanlıq aşkar edilərək götürülüb.
Azvision.az