Sumqayıtda narkotik alverçisi saxlanıldı

Sumqayıtda narkotik alverçisi saxlanıldı
  01 İyul 2020    Oxunub:2444
Bakı sakini Sumqayıtda narkotiklə tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Ağayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 6 kiloqram 250 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Sumqayıt   Bakı   Narkotik  





Xəbər lenti