Bakıda evin həyətindəki yardımçı təsərrüfatdan mebel oğurlayan tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Badamdar qəsəbəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 23.000 manat dəyərində mebel oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Məmmədov saxlanılıb, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.