Xızıda karantin qaydalarını pozan sürücü saxlanıldı

Xızıda karantin qaydalarını pozan sürücü saxlanıldı
  29 İyun 2020    Oxunub:2307
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına kəndlərarası yollarla sərnişin daşımağa cəhd edən Eldəniz Qurbanovu saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, E.Qurbanov sanitariya-gigiyena və karantin qaydalarını pozaraq, istifadələrində olan “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları ölkənin şimal rayonlarına aparacağını vəd edərək, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı Xızı RPŞ-də toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xızı rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən E.Qurbanov inzibati məsuliyyətə cəlb olunub.

Azvision.az



Teqlər: DİN   Xızı  





Xəbər lenti