Maşının baqajında rayona getmək istədilər

  Maşının baqajında rayona getmək istədilər
  29 İyun 2020    Oxunub:2180
Sərnişinlərə görə ik dəfə geri gaytarılan sürücü üçüncü dəfə onları baqajda keçirməyə cəhd edib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Azvision.az -a verilən məlumata görə, iyulun 28-i gəcə saat 00:40 radələrində "Mercedes" markalı 99-GC-773 nömrəli avtomobilin sürücüsü Əsgərzadə Müşfiq Xasay oğlu maşının baqaj hissəsində Bakı şəhər sakinləri - Əliyev Murad Arif oğlunu və Şabanov Elşən Rövşən oğlunu Bakı-Şamaxı yolunda yerləşən karantin postundan rayon istiqamətinə keçirməyə cəhd edərkən BDYPİ-nin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq barələrində inzibati tədbir görülüb.

Azvision.az



Teqlər: DYP  





Xəbər lenti