9 tona yaxın çətənə kolu məhv edildi

9 tona yaxın çətənə kolu məhv edildi
  27 İyun 2020    Oxunub:4008
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin və Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Orand kəndinin ərazisində 6 hektar sahədə yabanı halda bitmiş 5 ton 648 kiloqram çəkidə 13 min 850 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən isə Qax rayonunun Uzuntala kəndi ərazisində yabanı halda bitmiş 3 ton 247 kiloqram çəkidə 3 min 681 ədəd çətənə kolu aşkarlanıb. Həmin kollar yandırılaraq məhv olunub.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti