3 tona yaxın narkotik məhv edildi

3 tona yaxın narkotik məhv edildi
  26 İyun 2020    Oxunub:2608
İki rayonda yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cülyan kəndi ərazisində yabanı halda bitmiş 626 kiloqram çəkidə 522 ədəd çətənə kolu məhv edilib.

Göygöl RPŞ-nin əməkdaşları tərəfindən Əliməmmədli kəndi ərazisində yabanı halda bitən 2 ton 352 kiloqram çəkidə 1010 ədəd çətənə kolu məhv edilib.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti