İsmayıllıda 600 kq-dan artıq çətənə kolu məhv edilib

İsmayıllıda 600 kq-dan artıq çətənə kolu məhv edilib
  26 İyun 2020    Oxunub:2196
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Cülyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 600 kiloqramdan artıq olan 522 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti