“Sovet xalqı dünyanı faşizmdən xilas etdi” - Putin

“Sovet xalqı dünyanı faşizmdən xilas etdi” -  Putin
  24 İyun 2020    Oxunub:3365
Sovet xalqı müharibə illərində Avropa dövlətlərini işğalçılardan azad etdi, dəhşətli Holokost faciəsinə son qoydu.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qələbənin 75-ci ildönümünə həsr olunan paradda deyib.

Putin vurğulayıb ki, əgər Qırmızı Ordu onların müdafiəsinə qalxmasaydı, dünyanın necə olacağını təsəvvür etmək belə mümkün olmazdı.

"Cəbhədə partizan dəstələri cəsarət və birlik qanunlarına görə döyüşdülər. Torpaqlarının müdafiəsi üçün mübarizə apardılar. Avropa dövlətlərini işğalçılardan azad etdilər, dəhşətli Holokost faciəsinə son qoydular, Almaniya xalqını nasizmdən, onun ölümcül ideologiyasından xilas etdilər. Qırmızı Ordu olmasaydı, dünyanın necə olacağını təsəvvür etmək belə mümkün olmazdı”, - deyə Putin çıxışında qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirPutin  





Xəbər lenti