Qarabağda 110 nəfərdə koronavirus aşkarlandı

 Qarabağda 110 nəfərdə koronavirus aşkarlandı
  24 İyun 2020    Oxunub:2455
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində koronavirus infeksiyasına 7 yeni yoluxma aşkarlanıb.
Azvision.az xəbər verir ki, virusa yoluxanların ümumi sayı 110 nəfərə çatıb.

Yeni yoluxmalar Azərbaycanın Xankəndi və Kəlbəcər şəhərlərində qeydə alınıb. Hazırda Qarabağda 68 nəfər təcrid olunub, 1724 test aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti