BMT-nin 28 əməkdaşı koronavirusdan ölüb

BMT-nin 28 əməkdaşı koronavirusdan ölüb
  24 İyun 2020    Oxunub:2609
Birləşmiş Millətlər Təşkilatının (BMT) 30-yaxın əməkdaşı koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə təşkilatın Cenevrə Qərargahının rəsmi nümayəndəsi Alessandra Veluççi bildirib.

Onun sözlərinə görə, BMT-nin 1140 işçisi virusa yoluxub, onlardan 28-i dünyasını dəyişib.

Qeyd edək ki, BMT-nin Cenevrə ofisi mart ayından bəri təxirə saldığı canlı mətbuat konfranslarını bərpa edib. Virusa yoluxmaqdan çəkinən media nümayəndələri toplantıları virtual izləyə bilərlər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: BMT   virus  





Xəbər lenti