Almaniyada 9914 nəfər koronavirusdan ölüb

Almaniyada 9914 nəfər koronavirusdan ölüb
  24 İyun 2020    Oxunub:1912
Almaniyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı son bir gündə 587 nəfər artıb, daha 19 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tərkibindəki COVID-19 xəstəliyinə dair statistikanı aparan Robert Kox İnstitutu məlumat yayıb.

Ümumilikdə, Almaniyada 191 449 yoluxma halı aşkarlanıb, 9914 xəstə vəfat edib. 176,3 min insan virusdan sağalıb.

Ən çox yoluxma Bavariya (47 995), Şimali Reyn-Vestfaliya (41 678) və Baden-Vürttember (35 409) bölgələrində qeydə alınıb. Berlində 7975 yoluxma faktı aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoxİnstitutu  





Xəbər lenti